Prezidentdən Ramiz Fətəliyevlə bağlı - 2 sərəncam

prezidentden-ramiz-feteliyevle-bagli-
Oxunma sayı: 6658

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Prezidentin digər sərəncamı ilə Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, Ramiz Fətəliyev tanınmış ssenari müəllifi, rejissor, kino redaktoru, Əməkdar İncəsənət Xadimidir.