Prezidentdən məşhur bəstəkarla bağlı - Sərəncam

prezidentden-meshur-bestekarla-bagli
Oxunma sayı: 1855

Azərbaycan Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.