Prezident rəsmi qəbulda mükafat təqdim etdi

prezident-resmi-qebulda-mukafat-teqdim-etdi
Oxunma sayı: 2148

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib.

Qafqazinfo” xəbər verir ki, mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.