Prezident əmisi ilə bağlı sərəncam imzaladı

prezident-emisi-ile-bagli-serencam-imzaladi
Oxunma sayı: 12346

Azərbaycan Prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Qeyd edək ki, Aqil Əlirza oğlu Əliyev əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktorudur. O, mərhum prezident Heydər Əliyevin qardaşı, İlham Əliyevin əmisidir.