Praqada Xocalı faciəsinin qurbanları yad edilib

-praqada-xocali-faciesinin-qurbanlari-yad-edilib
Oxunma sayı: 668

Fevralın 27- də çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor ” (“Sonsuz Dəhliz”) sənədli filmi Praqa şəhərinin “Luserna” kinoteatrında nümayiş etdirilib. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı şəraitində təşkil edilib.

Parlamentarilər, jurnalistlər, Azərbaycanın dostları və kinosevərlər də daxil olmaqla 170 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin rəhbəri Roman Huna tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyevə verib. Diplomat deyib: “Xocalı soyqırımı Azərbaycanın müasir tarxində ən dəhşətli hadisə olmuşdur. İki gün bundan əvvəl regionda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər yenidən şiddətlənmişdir.

Qarabağ əsilli bir insan kimi deyə bilərəm ki, biz doğma torpağımıza qayıtmaq, əcdadlarımızın qəbirlərini ziyarət etmək və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik..”

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: “Keçən gecə biz Xocalıya həsr olunmuş ənənəvi anım konsertini keçirmək üçün Parisdəki kilsələrin birində toplaşmışdıq. Olduqca hirsli və aqressiv olan ermənilər kilsəni mühasirəyə alaraq konsertin baş tutmaması üçün əllərindən gələni etməyə çalışırdılar. Məmnuniyyətlə bildirmək istəyirəm ki, konsert çox uğurla keçmişdi.”

O deyib ki, Ermənistan Xocalıdakı qanlı hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb. Hücum etmək haqqında Əmr 25 fevral tarixində, saat 20:50-də faksla Xankəndiyə göndərilib. Ermənistanın Müdafiə Nazirliyi o zaman təsdiq etmişdir ki, onun Dağlıq Qarabağdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilərək hücum əmri verilib.

Ümidvaram ki, bir gün ədalət qalib gələcək və bu qırğının törədilməsində günahkar olan şəxslər Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri qarşısında cavab verəcəklər.”