Polad Bülbüloğlu konsert verəcək

polad-bulbuloglu-konsert-verecek
Oxunma sayı: 889

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu Kemerova vilayətində konsert verəcək.

”Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bu barədə qərar P.Bülbüloğlunun vilayət qubernatoru Aman Tuleyevlə görüşündə verilib.

A.Tuleyev səfir olduqdan sonra da yaradıcılıq fəaliyyətini dayandırmayan və konsertlər verməkdə davam edən Polad Bülbüloğlunu “Şaxtaçılar günü-2016”nın qonağı olmağa və burada çıxış etməyə dəvət edib.

Səfir dəvəti qəbul edib.