“Oskar”da kobud səhv - Fotolar

oskarda-kobud-sehv
Oxunma sayı: 3477

Los-Ancelesdə keçirilən “Oskar” kino festivalında “İlin ən yaxşı filmi” mükafatının təqdim edilməsində səhvə yol verilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimin aparıcısı “La la Lend” müziklinin “İlin filmi” olduğunu elan edib. Filmin çəkiliş heyəti səhnəyə çıxaraq, təşəkkür nitqi səsləndirməyə başlayıb. Bu zaman aparıcı səhnəyə qayıdaraq yanlışlıq olduğunu və “Ay İşığı” dramının “İlin ən yaxşı filmi” seçildiyini bəyan edib.

Çaşqınlıq içində qalan “La la Lend” heyəti əvvəlcə bunu zarafat zənn etsə də, təşkilatçıların səhv etdiyi aydın olub. Baş verənlərə görə məsuliyyəti aparıcı Cimmi Kimmel öz üzərinə götürüb. O, “Mən bilmədim nə oldu, baş verənlərə görə özünü günahlandırıram”,-deyib.

Aysel Kərimova