Orxan Pamukdan sonra Nobeli alan 2-ci türk

orxan-pamukdan-sonra-nobeli-alan-2-ci-turk-
Oxunma sayı: 2792

Yazıçı Orxan Pamukdan sonra daha bir türk Nobel mükafatını qazanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci il kimya üzrə Nobeli alanlar arasında Tomas Lindahl, Paul Modrichlə yanaşı, professor Əziz Sancar da var. Hər üç alim Nobeli hüceyrələrin zədələnən DNA-ları necə bərpa etdiyini və genetik yaddaşını necə qoruduğunu təsvir edən araşdırmaları sayəsində qazanıblar.

Amerikada yaşayan, əslən Mardindən olan Əziz Sancar oxuma və yazmağı bilməyən 8 uşaqlı ailənin uşağıdır.