Orxan Pamuk Rusiyada mükafatlandırıldı

orxan-pamuk-rusiyada-mukafatlandirildi
Oxunma sayı: 1006

Türkiyəli yazıçı, “Nobel” mükafatı laureatı Orxan Pamuk “Xarici ədəbiyyat” kateqoriyasında “Kafamda bir tuhaflık” romanına görə “Yasnaya polyana” mükafatına layiq görülüb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi “Rusiya Dövlət Kitabxana”sında keçirilib.

Yazıçı hələ 2016-cı ildə bu nüfuzlu mükafatın laureatı olub, lakin qaliblərin rəsmi mükafatılandırma mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub.

“Yasnaya Polyana” laureatı isə 2003-cü ildə təsis olunub, 2015-ci ildən “Xarici ədəbiyyat” kateqoriyası üzrə də verilir.