“Onun atası” beynəlxalq film festivalında

onun-atasi-beynelxalq-film-festivalinda
Oxunma sayı: 633

Zamin Məmmədovun “Onun atası” filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalına dəvət alıb. Filmimiz festivalın qısametrajlı bədii filmlərin əsas müsabiqə proqramında yer alıb.

"Qafqazinfo" xəbər verir ki, festival 3-9 dekabr tarixlərində Yeni Delhi şəhərində keçiriləcək.

“Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalında baş tutmuşdur.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.