“Oğru”nun premyerası keçirildi - Fotolar

ogrunun-premyerasi-kecirildi
Oxunma sayı: 1884

Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında rejissor Rövşən Almuradlının eyniadlı tamaşasının premyerası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əsərdə əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb.

Qeyd edək ki, çağdaş Azərbaycan teatrı və kinosunun görkəmli rejissorlarından biri olan Rövşən Almuradlı beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır.