“İslamı qəbul etməyə hazıram” - Madlen Olbrayt

islami-qebul-etmeye-haziram
Oxunma sayı: 2296

ABŞ-ın eks-dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın miqrasiya siyasətinə özünəməxsus şəkildə etirazını ifadə edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Olbrayt tvitter hesabında bəyan edib ki, qaçqınlara həmrəylik nümayiş etdirmək üçün islamı qəbul etməyə hazırdır:

“Mən katolik olaraq tərbiyə almışam, daha sonra Episcopal kilsəsinə keçdim, sonda məlum oldu ki, mənim ailəm yəhudi inanclı olublar. Mən həmrəylik nümayiş etdirmək üçün islamı qəbul etməyə hazıram. Xoş gəlmisiniz, qaçqınlar”.