Niyazinin mənzil muzeyində konsert - Fotolar

niyazinin-menzil-muzeyinde-konsert
Oxunma sayı: 635

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbə və müəllimlərinin konserti keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarından V.Adıgözəlov, S.Ələsgərov, T.Quliyev, Ə.Tağıyev və dünya klassiklərindən L.Bethoven, C.Verdi, F,Şubert, V.Motsart, J.Massne və başqalarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunub.