Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında

nesimi-rayon-ictimaiyyeti-genc-tamasacilar-teatrinda
Oxunma sayı: 731

Nəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında təşkil edilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçiriblər.

Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən “Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilib. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulub.

Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.