Nəsimi məktəbliləri muzeydə - Fotolar

nesimi-mekteblileri-muzeyde-
Oxunma sayı: 626

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunub.

Qafqazinfo”ya daxil olan məlumata görə, iyul 4-də uşaqların tətil günlərində İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak edib.

Növbəti tədbir 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyasıdır.

Sonra məktəblilərin C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunub. Daha sonra onlar Azərbaycan İstiqlal Muzeyinində olublar. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində və Azərbaycan İstiqlal Muzeyinində nümayiş olunan eksponatlar və tarixi materiallar məktəblilərin marağına səbəb olub.

Yay tətili günlərində məktəblilərin müxtəlif muzeylərə ekskursiyaları davam etdirələcək.