Nərgiz Paşayeva tamaşada - Fotolar

nergiz-pasayeva-tamasada-
Oxunma sayı: 4857

“ÜNS” Yaradıcılıq Səhnəsi 9-cu teatr mövsümünü Rusiyanın və Ukraynanın Xalq Artisti Roman Viktyukun rejissoru olduğu “Fedra” mistik dramının tamaşası ilə açıb.

Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, tamaşada “ÜNS” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayeva, “YARAT” müasir incəsənət təşkilatının təsisçisi Aidə Mahmudova, baş nazirin müavini Elçin Əfəndiyev və başqaları iştirak ediblər.

Əsas rollardan birini canlandıran Aleksandr Dzyuba çıxış edərək əsərin bu səhnədə nümayiş etdiriləcəyindən məmnunluğunu ifadə edib.

Tamaşa Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə hazırlanıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilib.