Nazirliyin kollektivi Fəxri xiyabanda - Fotolar

nazirliyin-kollektivi-fexri-xiyabanda
Oxunma sayı: 1955

Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar.

"Qafqazinfo" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” kimi qeyd olunacaq.