Nazirlə Helen Klark arasında görüş - Foto

nazirle-helen-klark-arasinda-gorus
Oxunma sayı: 1057

Xəbər verdiyimiz kimi, nazir Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu York şəhərində səfərdədir.

"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark tərəfindən qəbul edilmişdir. Görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib.

Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini qeyd edib.

H.Klark cari ilin aprel ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsi münasibəti ilə naziri təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu söyləyib.

H.Klark həmçinin 2014-cü ildə Azərbaycan səfər etdiyini, ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini xatırladaraq Azərbaycanın müasir inkişafının onda xoş təəssurat yaratdığını bildirib.