Nazirin İSESCO-nun direktoru ilə görüşü - Fotolar

nazirin-isesco-nun-direktoru-ile-gorusu
Oxunma sayı: 747

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, qonaqları salamlayan nazir İSESCO-nun humanitar forumda yüksək səviyyədə təmsil olunmasına və tədbirin gedişinə verdiyi töhfəyə görə Əbdüləziz bin Osman əl-Tüveycriyə minnətdarlığını bildirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən İSESCO-nun baş direktoru Bakıya növbəti səfərindən, humanitar forumda iştirakından məmnun olduğunu qeyd edib. 

Əbülfəs Qarayev gələn il ölkəmizin daha bir beynəlxalq tədbiri - İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyini və bu istiqamətdə də İSESCO ilə əməkdaşlıq etdiyini nəzərə çatdırıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.