Nazir vətəndaşlarla görüşəcək

nazir-vetendaslarla-gorusecek
Oxunma sayı: 713

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2017-ci ilin fevral ayının 24-də saat 11ºº-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"Qafqazinfo" xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.