Nazir Solimanla görüşdü - Foto

nazir-solimanla-gorusdu
Oxunma sayı: 738

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfəri çərçivəsində BMT İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini və siyasət və proqram dəstəyi bürosunun direktoru, Magdy Martinez Soliman ilə görüş keçirib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanda ölkə rəhbərliyinin bilavasitə təşəbbüsü ilə həyata keçirilən islahatlar, xüsusi ilə turizm sahəsinin milli iqtisadiyyatın diversifikasiyasında rolu, habelə ölkəmiz ilə UNDP arasında mövcud olan ənənəvi sıx əməkdaşlığın perspektivləri müzakirə edilib.

Cənab Soliman 2014-cü ildə Azərbaycanda səfərdə olarkən keçirdiyi görüşlər və Bakının ziyarət etdiyi tarixi məkanların onda dərin, xoş təəssürat yaratdığını qeyd edərək əməkdaşlıq inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Əbülfəs Qarayev BMT tərəfindən 2017-ci ili Davamlı Turizm Beynəlxalq ili elan edildiyini bir daha xatırladaraq xüsusilə bu il çərçivəsində UNDP, UNWTO və Azərbaycan arasında birgə fəaliyyət planının həyata keçirilməsinin vacibliyini vurğulayıb.