Nazir Şnayer ilə görüşdü

nazir-snayer-ile-gorusdu
Oxunma sayı: 637

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul tarixində Nyu York şəhərinə səfəri çərçivəsində ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer ilə görüş keçirib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Etnik Anlaşma Fondu ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Rabbi Şnayer Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında imzalanmış müqaviləyə istinad edərək bildirib ki, müqavilə çərçivəsində Anlaşma Fondu ABŞ konqresində ilk dəfə müsəlman və yəhudi icmalarını bir araya gətirərək Azərbaycanı multikultural model kimi göstərməyə nail olub.

Əbülfəs Qarayev isə öz növbəsində Fondun fəaliyyətinin Azərbaycanda maraqla izlənildiyini və həmçinin ABŞ-da yaşayan müsəlman və yəhudi icmalarının Azərbaycanda yüzilliklər boyu mehriban birgə yaşama ənənələrinə malik olan müsəlman və yəhudi icmalarının təcrübəsindən faydalanmasının vacibliyini qeyd edib.