Nazir müşavirədə

nazir-musavirede
Oxunma sayı: 969

Bu gün Ağdaş rayonunda nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş ilk geniştərkibli müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, eləcə də məsul əməkdaşları qatılıb. Tədbirdə 2017-ci ilin iki ay ərzində fəaliyyət göstərən regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir Əbülfəs Qarayev müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib.

Bildirib ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, yerlərdə 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün qarşıdakı aylarda da islahatlar davam etdiriləcək.