Nazir müavini Amann və Mökeli ilə görüşdü

nazir-muavini-amann-ve-mokeli-ile-gorusdu
Oxunma sayı: 1066

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Paul Amann və ikinci katibi Heike Mökeli qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd edilməsi barədə fikir mübadiləsi aparılıb.

Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçiriləcək layihələrə Almaniya şirkətlərinin cəlb edilməsi, həmçinin Almaniya Hökumətinin layihələrə dəstək göstərməsinin təşviq olunması məsələsi müzakirə edilib.

Sonda səfirliyin nümayəndələri səmimi qəbula görə nazir müavini Sevda Məmmədəliyevaya minnətdarlıqlarını bildiriblər.