Nazir mədəniyyət müəssisələrinə baş çəkdi - Fotolar

nazir-medeniyyet-muessiselerine-bas-cekdi
Oxunma sayı: 1058

Bu gün Masallı rayonunda vətəndaşları qəbul edən mədəniyət və turizm naziri Əbülfəs Qarayev rayonda yerləşən bir sıra mədəniyyət müəssisələri ilə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, nazir ilk olaraq Masallı rayon uşaq-incəsənət məktəbinə baş çəkib.

Bildirilib ki, məktəb bu ilin sentyabrın 3-də prezident İlham Əliyevin Masallıya səfəri çərçivəsində açılıb. Yeni istifadəyə verilən məktəb 640 yerlikdir. 

Nazir daha sonra Masallı rayon tarix-diyarşünaslıq muzeyinə gəlib. Burada məlumat verilib ki, tarix-diyarşünaslı muzeyi də bu ilin senytyabrın 3-də istifadəyə verilib. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.

Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. 

Nazir hər bir müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.