Nazir kitabxananın yubileyində - Fotolar

nazir-kitabxananin-yubileyinde
Oxunma sayı: 1289

Bu gün Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların yaranması ilə bağlı məlumat verdikdən sonra tədbir iştirakçıları Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən video-çarxı izləyiblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır.

Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur:

“Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Əminəm ki, prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət sayəsində işğal altında olan ərazilərimizi geri qaytaracağıq. Bu bizim mənəvi və vətəndaşlıq borcumuzdur”.

Əbülfəs Qarayev əlavə edib ki, bu gün Şuşa Şəhər Kitabxanasının 120 illiyinin qeyd edilməsi sübut edir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ hər zaman öz tarixi mədəniyyəti ilə öndə olub: