Nazir İçərişəhərdə sərgidə - Foto

nazir-iceriseherde-sergide-
Oxunma sayı: 1991

Bu gün İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

“Qafqazinfo” Təhsil Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov iştirak ediblər.

Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri nümayiş edilir. Hazır məhsullar və yaradıcılıq prosesini təsvir edən posterlərlə tanışlıqdan sonra qonaqlara Mərkəzin yaradılması və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim edilib. Sonda tədbir iştirakçıları Mərkəzin emalatxanası ilə tanış olublar.