Nazir festivalın açılışında - Foto

nazir-festivalin-acilisinda
Oxunma sayı: 1584

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, festivalın açılışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, budəfəki festival həcm və mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir. Çünki burada ustad dərslərinə xüsusi önəm veriləcək:

“Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır. Onlarla məşhur caz ifaçıları ölkəmizdə olub. Onlar artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Bizim gənclərimiz etno-caza böyük həvəs göstərirlər. Onların muğam musiqisi əsasında yeni improvizasiya edilmiş kompozisiyaları dünya ictimaiyyətinə çatmaqdadır”.

Festival oktyabrın 30-dək davam edəcək.