Nazir deputatın qızının yaradıcılıq gecəsində - Fotolar

nazir-deputatin-qizinin-yaradiciliq-gecesinde-
Oxunma sayı: 7285

Xəbər verdiyimiz kimi, bu gün əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, konsert proqramı bəstəkarın “Gecikmiş etiraf” mahnısı ilə başlayıb. Yaradıcılıq gecəsində əməkdar artist Lalə Məmmədova, Hacı Nazim, Ayaz Qasımov və başqa müğənnilər iştirak ediblər.

Gecənin qonaqları arasında bəstəkarlar-Faiq Sücəddinov, Eldar Mansurov, Xanım İsmayılqızı, muğam ifaçısı Fərqanə Qasımova, aktrisa Dilarə Əliyeva və başqa incəsənət nümayəndələri də olub.

Konsert proqramında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.

Elvin Elxan

Foto: Nuran