Nazir Bakı Şopinq Festivalı ilə bağlı konfransda - Fotolar

nazir-baki-sopinq-festivali-ile-bagli-konfransda
Oxunma sayı: 1314

Martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr olunmuş mətbuat konfransı keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlətimiz tərəfindən bu istiqamətdə mühüm işlər görülür.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə əlaqədar olaraq bu sahədə bir sıra tədbirlər həyata keçirilir.

Aprelin 10-dan mayın 10-dək ölkəmizdə keçiriləcək Bakı Şopinq Festivalı haqqında məlumat verən nazir diqqətə çatdırıb ki, festival dövlət başçısının qeyd olunan sərəncamı ilə yaradılan Azərbaycan Turizm Şurasının ilk layihəsidir. Hər il keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir:

“Ticarət festivalı beynəlxalq təcrübəyə əsaslanaraq reallaşacaq. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçiləcək. Bakı Şopinq Festivalı Qafqazda və Orta Asiyada ilk təcrübə kimi tarixə yazılacaq”.

Əbülfəs Qarayev qeyd edib ki, hər bir ölkənin özünəməxsus turizm istiqaməti var:

“Azərbaycanın strateji mövqeyini nəzərə alaraq biz real olaraq ticarət amilinin ölkəmizə kifayət qədər müsbət təsir göstərə biləcəyinə inanırıq. Ümumdünya Turizm Təşkilatının rəqəmlərinə nəzər salanda görürük ki, şopinq dünya turizm axınına 30-40 faiz təsir göstərir”.