Müsavatdan xalq artistinin vəfatıyla bağlı - Nekroloq

musavatdan-xalq-artistinin-vefatiyla-bagli-
Oxunma sayı: 4145

Müsavat Partiyası aktrisa Nuriyyə Əhmədovanın vəfatıyla bağlı nekroloq yayıb.

“Qafqazinfo”nun məlumatına görə, nekroloq mətnində bildirilir:

"Azərbaycan incəsənətinə ağır itki üz verib.

Azərbaycanın teatr və kino sahəsinin tanınmış aktrisası, Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib.

Nuriyyə Əhmədova 1950-ci il dekabr ayının 26-da Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetləri ilə olub. Nuridə Əhmədova 80-dən artıq filmdə rol alıb.

2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

İllər öncə qızını və yaxın zamanlarda oğlunu gənc yaşlarında faciəli şəkildə itirən ana – Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə Bakıda vəfat edib.

Müsavat Partiyası aktrisanın ailəsinə, yaxınlarına və onun sənətinə pərəstiş edən hər kəsə dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!"