Müğənnilər İlhamə Quliyevanı yad etdi - Fotolar

mugenniler-ilhame-quliyevani-yad-etdi
Oxunma sayı: 8702

Bu gün bir qrup incəsənət nümayəndəsi mərhum Xalq artisti İlhamə Quliyevanı ikinci Fəxri Xiyabanda yad ediblər.

Qafqazinfo” xəbər verir ki, onlar mərhumun oğlu Orxan Nadirovla birgə sənətkarın məzarını ziyarət ediblər.

Müğənnilərdən Nadir Qafarzadə, Günay İbrahimli, Elnarə Xəlilova, Çinarə Məlikzadə Orxanın yanında olublar. 

Qeyd edək ki, sənətçilər 106.3 FM-in təşəbbüsü ilə Fəxri Xiyabana gediblər. Belə ki, radio şou-biznesin bir neçə üzvlərini araya gətirərək İlhamə Quliyevanın mahnılarından ibarət albom hazırlayıb. Albom bir neçə gün sonra təqdim olunacaq.

Elvin Elxan