Misir piramidalarından daş oğurlayıb satmaq istədilər, tutuldular

misir-piramidalarindan-das-ogurlayib-satmaq-istediler-tutuldular
Oxunma sayı: 1216

Misir polisi qədim Gize Piramidasından götürülmüş daşların satışı ilə məşğul olan üç nəfər yerli sakini həbs edib.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, gizli kamera ilə çəkilmiş və yerli xəbər portalında göstərilən videoda sakinlərin öz arabalarında iki qədim daşı 250 misir funtuna (32 dollar) satmaq istəmələri aydın görünür.

Bundan sonra polis hərəkətə keçərək, qanunsuz daş alverçilərini həbs edib.

Qanunsuz ticarət Qahirə yaxınlığındakı qədim abidələr kompleksində, qədim dünyanın yeddi möcüzəsindən biri sayılan və bizim günlərə qədər gəlib, çatmış Xeops Pramidasının yanında aparılıb.