Mikayıl Müşfiqin büstü tapıldı - Fotolar +Yenilənib

mikayil-musfiqin-bustu-tapildi-
Oxunma sayı: 6902

“Azəravtoyol” ASC Mikayıl Müşfiqin abidəsinin dağıdılmadığını sübut etmək üçün onun fotolarını yayıb.

Qafqazinfo” xəbər verir ki, fotoları qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədəki şəxsi hesabında paylaşıb.

Qeyd edək ki, “Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini götürüb, bu isə narazılığa səbəb olub.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri olaydan təəssüfləndiklərini bildiriblər.

***

“Azəravtoyol” ASC-nin sözçüsü Anar Nəcəfli sözügedən hadisəylə bağlı növbəti açıqlamasını yayıb:

"Bir daha təkrarlayıram ki, aparılan yenidənqurma işləri zamanı görkəmli şairimiz Mikayıl Müşfiqin büstünə zərər dəyməsin deyə uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır.

Məlumat üçün bildirim ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazidə böyük və gözəl yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq".