Yayımlanmağa başladığı gündən reytinq cədvəlində ilk sırada yer alan “Vətənim sənsən” serialının izləyiciləri dünən xoş olmayan sürprizlə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, serialın yayımı Rəcəb Tayyib Ərdoğanın çıxışına görə 1 saat gecikdirilib. Belə ki, filmə baxmaq üçün kanalı açan izləyicilər tam başqa bir verilişlə qarşılaşıb. Bu da onlarda çaşqınlıq yaradıb.