Məşhur qəzet çap versiyasını dayandırdı

meshur-qezet-cap-versiyasini-dayandirdi
Oxunma sayı: 888

Böyük Britaniyanın məşhur "The Independent" qəzeti martın 26-dan çap versiyasının buraxılışını tamamilə dayandıraraq rəqəmsal versiyaya keçəcək.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, qəzetin təsisçisi olan "ESI Media" şirkəti verilən qərarı qəzetin tirajının azalması ilə əlaqələndirir.

"The Independent"in sahibi Yevgeni Lebedev isə bildirib ki, ənənəvi mətbuat yerini rəqəmsal mətbuata verir və bu tendensiya bütün dünyada müşahidə olunur.

Xatırladaq ki, Britaniyada dərc olunan "The Independent" qəzeti 1986-cı ildə yaranmışdı.