Flower

“Mənim günahım”ın premyerası - Fotolar

““Mənim günahım”ın premyerası -  Fotolar
Oxunma sayı: 350

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin musiqiləri əsasında hazırlanan səhnə əsərinin ilk tamaşasında ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri iştirak ediblər.

Anşlaqla keçən tamaşa böyük diqqət və marağa səbəb olub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşada rolları Xalq artisti Şükufə Yusupova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

“Mənim günahım”ın premyerası -  Fotolar
“Mənim günahım”ın premyerası -  Fotolar
“Mənim günahım”ın premyerası -  Fotolar

Yeni Facebook səhifəmizi bəyən