“Mənə irad bildirən gərək imanlı olsun...” - Elnarə Abdullayeva

mene-irad-bildiren-gerek-imanli-olsun
Oxunma sayı: 2262

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı əməkdar artist Elnarə Abdullayeva olub. "Qafqazinfo" xəbər verir ki, maraqlı açıqlamaları ilə yadda qalan ifaçı kiməsə irad bildirməyi xoşlamadığını dilə gətirib:

"İnanın ki, mən hələ heç kimə irad bildirməmişəm. Heç kimə deməmişəm ki, belə oxuma, elə oxu. Ancaq mənə qarşı irad olanda mənə xoşdur və qəbul edirəm. Əvvəla baxır bunu kim deyir. Məndən gərək ağıllı, tərbiyəli, imanlı və məndən savadlı olsun. Bu da daha çox yaşlı insanlara uyğun gəlir. Məsələn müəllimim, bu yaxınlarda dünyasını dəyişən Ağaxan Abdullayev. Dünyasını dəyişəndən sonra hələ də özümə gələ bilməmişəm. Onlar nə deyibsə mən qəbul etmişəm. Yenə də desəydilər qəbul edərdim".

Xanəndə ona qarşı edilən iradları qəbul etdiyini bildirib:

"Bütün yaşlı insanlarımız nə desələr mən onu qəbul edə bilərəm. Ola bilər ki, uşaq ola ancaq elə ağıllı söz deyə bilər ki, mən onu qəbul edəm. Axmaq adam ola bilər mənə deyə ki, Elnarə bu yol elə deyil, belədir. Mən ona heç vaxt deməmişəm ki, əşi get özünə məsləhətli bir don geyin".