“Mən ölsəm nə olacaq ki?!” - Ölüm xəbəri yayılan aktyor

men-olsem-ne-olacaq-ki-
Oxunma sayı: 2350

"Bu gün mənim ailə üzvlərim, sənət dostlarım, yaxınlarım və məni tanıyan hər kəs çox narahat olub. Mən adi aktyoram, öləndə nə olar?"

Qafqazinfo” xəbər verir ki, bunu "Report"a əməkdar artist, aktyor Məcnun Hacıbəyov deyib. Səhhətinin yaxşı olduğunu bildirən M.Hacıbəyov vurğulayıb ki, mətbuatda ölüm xəbərinin yayılmasını oğlundan eşidib: "Oğlum mənə zəng edib halımı soruşdu və bəzi saytlarda ölüm xəbərimin yayıldığını dedi. Sonra sənət dostlarım, yaxınlarım, jurnalistlərdən tez-tez zənglər gəldi və hər kəsə deyirdim ki, narahat olmayın mən yaxşıyam".