Mehriban Əliyeva Bolqarıstanda fəxri vətəndaş seçildi

mehriban-eliyeva-bolqaristanda-fexri-vetendas-secildi
Oxunma sayı: 1073

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" seçilib.

QafqazinfoTrend-ə istinadın xəbər verir ki, bu barədə Veliko Tırnovo icmasının saytında yerləşdirilmiş məlumatda deyilir.

Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi bu gün keçirilmiş təntənəli iclasda yekdilliklə qəbul edilib.

Birinci xanım Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə verilib.