Məcnun Leylisiz qaldı - Xalq artisti teatrdan getdi

mecnun-leylisiz-qaldi
Oxunma sayı: 4967

Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsi barədə açıqlama verib.

Sənətçi teatrı tərk etdiyini və opera səhnəsinə çıxmayacağını bildirib.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva “Qafqazinfo”ya açıqlamasında xalq artistinin öz istəyi ilə getdiyini bildirib:

“Nəzakət xanım noyabrın 1-dən teatrla vidalaşıb. O, öz istəyi ilə opera səhnəsindən uzaqlaşıb. Onsuz da, əvəzedici kadr idi, tam ştatda deyildi. Pedoqoji fəaliyyəti sıx olduğundan belə bir addım atıb”.

Xalq artisti “Qafqazinfo”ya teatrdan getmə səbəbini açıqlayıb:

“Öz ərizəmlə işdən getmişəm, heç kəs uzaqlaşdırmayıb. Leyli obrazını canlandırmayacam. Getmə səbəbimdə dərslərimin, pedoqoji fəaliyyətimin sıx olması ilə əlaqədardır”.

Məsələyə N. Teymuravanın “Leyli və Məcnun” tamaşasında partnyoru, xalq artisti Mənsum İbrahimov da münasibət bildirb.

Xanəndə qeyd edib ki, həmkarı adını opera səhnəsinə qızıl hərflərlə yazdırıb:

“Nəzakət xanım böyük sənətkardır. O dövrdə adını opera səhnəsinə qızıl hərflərlə yazdırıb. Uzun illərdir ki, “Leyli və Məcnun” tamaşasında tərəf müqabilim olub. Əlbəttə, çətindir. Ancaq hər bir sənətkarın dövrü var, şəxsi qərarıdır. Sənətkarın özü qərar verib. Təxminən ildə 1-2 dəfə səhnəyə çıxıram. Daha çox meydanı gənclərə veririk. Hər dövrdə Leylilər, Məcnunlar olub”.

Xatıladaq ki, məlumatı ilk dəfə yenicag.az yayıb.

Elvin Elxan