Leyla Əliyeva sərgidə - Fotolar

leyla-eliyeva-sergide
Oxunma sayı: 2319

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı fərdi sərgisi açılıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunur. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.

Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.