Lənkəranda “Xan Lənkəran”...

lenkeranda-xan-lenkeran
Oxunma sayı: 707

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin “Xan Lənkəran” könüllüləri Lənkəran ŞİH və N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə tamaşa hazırlayıblar.

Qafqazinfo” xəbər verir ki, may ayının 25-də teatrın səhnəsində tamaşanın nümayişi olub. Könüllü Arzu Əlizadənin pyesi əsasında respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi “Zəncirlənmiş fəryad” tamaşasının mövzusu valideyn-övlad, erkən nikah, narkomaniya mövzusuna həsr edilib.

“Xan Lənkəran” könüllülərindən Aysel İbrahimli (Sona), Xəyalə Əlizadə (Fatma xala), Vəzir Mirzəyev (Zəki), Məlik Nuriyev (Ayaz), Nərmin Həsənzadə (Zəhra xala), İbrahim Mirverdiyev (Ənvər), Mədinə Məmmədli (Züleyxa ) və başqalarının nümayiş etdirdikləri obrazlar tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.

Tamaşaya Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, ictimaiyyətin nümayəndləri, tələbə və gənclər baxıblar.