Latviya rəssamlarının Bakıda sərgisi açıldı - Fotolar

latviya-ressamlarinin-bakida-sergisi-acildi
Oxunma sayı: 2052

Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının “Müxtəlif dənizlər. Bir dünya” adlı sərgisi açılıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgi Azərbaycanda “Latviyanı duyun” devizi altında keçirilən Latviya günləri çərçivəsində təşkil edilib. Sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunur.

Latviya rəssamlarının sərgisi 2016-cı il fevralın sonunadək davam edəcək.