Konqreslər Bürosunun növbəti təlimi - Fotolar

konqresler-burosunun-novbeti-telimi
Oxunma sayı: 678

Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan təlimlərdən daha birini müvəffəqiyyətlə həyata keçirib.

"Qafqazinfo" xəbər verir ki, səyahət təşviqi təcrübəsinin qazanılmasına həsr olunan növbəti təlim iyun ayının 29-da “JW Marriott Absheron Hotel Baku” mehmanxanasında baş tutub.

Büro tərəfindən keçirilən təlimlərdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanmasıdır.

Büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən keçirilən tədbirdə Büro üzvlüyündə olan “Holiday Inn Hotel Baku”, “Hyatt Regency Hotel Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “JW Marriott Absheron Hotel Baku”, “Park Inn by Radisson Azerbaijan”, “Shahdag Mountain Resort”, “Gilan Holding”, “Caspian Event Organisers”, “Konsis”, “Geo Travel” və “PASHA Travel” kimi aparıcı turizm şirkətlərinin peşəkar nümayəndələri bu sahənin əsasları və incəlikləri barədə məlumat əldə edib.

İki hissədən ibarət olan tədbirdə iştirakçılar ilk olaraq nəzəri icmalı öyrənməklə qabaqcıl təcrübə mübadiləsi aparıb. Daha sonra isə iştirakçılar kiçik qruplara ayrılaraq yeni həvəsləndirici ideyalar və seçilən məkanın təşviqi üzərində işləyib.

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronun təlimlərin təşkilində əsas amalı Azərbaycanın turizm potensialının tanınması və ölkənin tanıdılması vasitəsilə daha çox beynəlxalq sərmayələrin cəlb olunmasıdır.