Kirkorovdan Rusiyaya çağırış - ““Eurovision 2017”dən imtina edək”

kirkorovdan-rusiyaya-cagiris
Oxunma sayı: 1535

49 yaşlı rus müğənni Filip Kirkorov Rusiyanı bu ilin mayında Kiyevdə keçiriləcək “Eurovision 2017” musiqi müsabiqəsinə qatılmaqdan imtina etməyə çağırıb.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, musiqiçi yarışmanı siyasiləşdirilmiş və qərəzli hesab edir.

Kirkorov ukraynalı müğənni Camalanın “Eurovision 2016”dakı qələbəsini dürüst yolla əldə etmədiyini, tamaşaçıların səslərini Rusiyanın təmsilçisi Sergey Lazarevə verdiklərini, lakin hakimlərin qələbəni digər iştirakçının hesabına yazdıqlarını söyləyib.