Kanal D-dən qovulan aparıcı - 1 milyon təzminat istəyir

kanal-d-den-qovulan-aparici
Oxunma sayı: 2361

Sosial şəbəkədə referendum “yox” dediyi üçün işdən qovulan Kanal D-nin xəbər aparıcısı İrfan Değirmenci məhkəməyə müraciət edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Bəyaz TV-nin aparıcısı Tahir Sarıkaya məlumat verib.

Spiker Değirmencinin Kanal D-dən 1, 5 milyon TL təzminat istədiyini söyləyib:

“Həmkarım, jurnalist İrfan Değirmencinin Kanal D-dən qovulduğundan xəbərdarsız. Səbəb kimi onun referenduma “yox” dediyi göstərilir.

“Doğan medya” açıqlama da yaydı, dedilər ki, biz tərəfsiz insanlarla əməkdaşlıq etməyə üstünlük veririk. O, kanaldan 1,5 milyon TL təzminat tələb edir. Türkiyə tarixində belə bir şey olmayıb. Jurnalist kanal rəhbərliyindən bu məbləğdə pul istəyir. Gözünü torpaq doyuzdursun”.