Flower

“İslamda 4 qadınla ailə qurmağa icazə verilsə də, Azərbaycanda...”

““İslamda 4 qadınla ailə qurmağa icazə verilsə də, Azərbaycanda...”
Oxunma sayı: 2565

“Son vaxtlar beynəlxalq terminologiyada tez-tez istifadə olunan ifadə var. Bu da anormal dindarlıq və ya dindarlaşma prosesi. Anormal dindarlaşma prosesi elə prosesdir ki, o din pərdəsi altında getsə də əslində dinin mahiyyəti ilə ziddiyət təşkil edir”.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Gündüz İsmayılov bildirib ki, anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də var.
“Bəzən xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmirlər. Onlar nəinki mobil telefon, kompüter, hətta işıq, elektrik enerjisindən, eləcə də avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, islam ölkələrində də anormal dindarlığın təzahürləri var. Bu da ailə dəyərlərinə, müasirliyə də digərlərə qarşı münasibətlərdir. Bizim ölkədə bu cür anormal dindarlğın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüquqlarına, ənənəvi ailə institutlarına, ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər islam dinindən qaynaqlanmır. Bu din prədəsi altında başqa xalqlara məxsus ailə dəyərlərin təbliğinin nəticəsidir”.

Gündüz İsmayılov qeyd edib ki, anormal dindarlaşma bütün dinlərdə var.

“Bu, təkcə İslam dinində mövcud deyil. Bunlara dini ekstremizm, ailə dəyərlərinin deqradasiyaya uğraması kimi amillər daxildir. İslam dinində şəriətlər eyni olsa da mədəniyyətlər fərqlidir. Din pərdəsi altında başqa xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır.

Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu laxlayacaqsa, təbii ki son nəticədə zərbə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, islamda bir neçə vaxtda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur”.


Yeni Facebook səhifəmizi bəyən