İradə Zeynalova “Zaman”dan gedir

irade-zeynalova-zamandan-gedir
Oxunma sayı: 4516

Rusiyanın “Birinci kanal”ında efirə çıxan “Voskresnoye Vremya” ("Bazar Zamanı") verilişinin son 4 il ərzində aparıcısı olmuş azərbaycanlı İradə Zeynalovanı "Ekspert" mediaholdinqinin baş direktoru Valeri Fadeyev əvəz edəcək.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, İradə Zeynalova kanalda qalacaq və adı hələlik açıqlanmayan şou proqramında aparıcı olacaq.

Zeynalova 2012-ci ildən bəri bazar axşamları efirə çıxan “Zaman” verilişinin aparıcısıdır.

Dəyişikliyə səbəb kimi "Rossiya 1" kanalında efirə gedən "Vesti Nedeli" ("Həftə Xəbərləri") verilişi ilə kəskin rəqabət göstərilir. Həmin verilişin aparıcısı isə Dmitri Kiselyovdur.