İngilislər “AzDrama”da “Hamlet”i oynayacaqlar -

ingilisler-azdramada-hamleti-oynayacaqlar-
Oxunma sayı: 2414


Tamaşa “British Council” və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, “British Council”dən Azərtac-a bildiriblər ki, Londonun “Shakespeares Globe” teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Shakespeare-in anadan olmasının 450 və vəfatının 400-cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınadək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.

Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.

Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.

“Qafqazinfo”